WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
28 sen

Tələbələr Təhsil Tələbə Krediti Fondu barədə məlumatlandırılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) əməkdaşı Ağca Məmmədovanın görüşü keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə Maliyyə və Mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev TTKF-in tələbələr üçün yaratdığı imkanlardan bəhs edib. O qeyd edib ki, fondun fəaliyyətinin əsas məqsədi təhsilin əhatə dairəsini genişləndirmək və keyfiyyətini yüksəltməkdən ibarətdir.

 

Fondun əməkdaşı Ağca Məmmədova geniş təqdimatla çıxış edərək, tələbələri fondun yaradılması, fəaliyyəti, fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları, kreditin məbləği və qaytarılma müddəti, nəzərdə tutulan güzəştlər və s. barədə ətraflı məlumatlandırıb.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
167

PAYLAŞ