28 sen
2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı
Koreya Respublikası 2024–2025-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramını elan edir.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bakalavriat təhsil səviyyəsi üzrə elan olunan proqrama 25 yaşadək Azərbaycan vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak üçün sənədlər 6 oktyabr 2023-cü il tarixinədək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim olunmalıdır.
Təqaüd proqramı barədə ətraflı məlumatIa elan vasitəsilə tanış ola bilərsiniz.
106