WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
26 sen

DİM regionlarda dövlət qulluqçuları üçün təlimləri davam etdirir

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olduğundan, Mərkəz tərəfindən 2023-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir. 

 

Azedu.az xəbər verir ki, növbəti təlimlərə sentyabrın 25-də start verilib və sentyabrın 29-dək Mingəçevir, Yevlax, Ağdaş, Göyçay və Naftalanda təşkil olunacaq.

 

Mərkəzi Aran iqtisadi rayonu üzrə ilk təlimlər 25-26 sentyabr tarixlərində Mingəçevir Şəhər Gənclər Evinin binasında “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, Yevlax Şəhər Mərkəzi Elektron Kitabxanasında “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə”, həmçinin “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, Ağdaş, eləcə də Göyçay Rayon İcra Hakimiyyətinin inzibati binalarında “Münaqişələrin idarə edilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzularında dövlət qulluqçuları və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib.

Təlim zamanı mövzular çərçivəsində iştirakçılara məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.
167

PAYLAŞ