WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
25 sen

Azərbaycan alimlərinin beynəlxalq konfransda məruzələri qarşılanıb

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə üsulları laboratoriyasının müdiri professor Kamil Mənsimov və laboratoriyanın aparıcı elmi işçisi dosent Rəşad Məstəliyev Rusiyanın İrkutsk şəhərində keçirilən V beynəlxalq “Dinamik sistemlər və kompüter elmləri: nəzəriyyə və tətbiqləri” (DYSC-2023) konfransında iştirak ediblər.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, Kamil Mənsimov həmmüəllif olduğu diskret və kəsilməz sistemli optimal idarəetmə məsələlərində optimallıq şərtlərinin alınmasına həsr olunmuş 6 tezis ətrafında məruzə edib. Rəşad Məstəliyevin isə “Stoxastik diskret idarəolunan sistemlərdə optimal proseslər haqqında” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzələr konfrans iştirakçılarının marağına səbəb olub, mövzular ətrafında müxtəlif suallar cavablandırılıb.

 

Qeyd edək ki, K.Mənsimov konfransın proqram komitəsinə üzv seçilib.

 

Konfrans İrkutsk Dövlət Universiteti Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə hibrid formatda keçirilib.
114

PAYLAŞ