25 sen
Ekspertdən təklif - Məktəblərdə silahlarla davranış qaydaları tədris olunsun
Məlumdur ki, hazırda Ermənistan-Azərbaycan arasında münaqişələrin kəskinləşdiyi dövrdür.
Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdən başlayır. Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də vətənə layiqli şəxsiyyət yetişdirməkdir.
Bəs bu dövrdə məktəblərdə şagirdlərin maarifləndirilməsi prossesi necə keçirilir? Dərsliklərdə Azərbaycan həqiqətləri (II Qarabağ müharibəsi) barədə dolğun məlumatlara yer verilibmi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə məktəblərdə müharibələrlə bağlı daha geniş maarifləndirilmə işləri aparılmalıdır:
“Məlumdur ki, Azərbaycan Ermənistanla 30 ildən çoxdur ki, müharibə şəraitində yaşayır. Təəssüf ki, digər qonşu ölkələrin təhsil sahəsindəki fəaliyyətləri ilə bağlı məlumatlı olsaq da, Ermənistanla bağlı bu sahədə informasiyamız azdır. Əlimizdə olan məlumatlara əsasən onu deyə bilərik ki, Ermənistan dövləti məktəblərdə hələ 4-cü sinifdən etibərən “Xüsusi silahlarla davranış qaydaları” ilə bağlı fənlər tədris edir”.
Təhsil eksperti təklif edib ki, Azərbaycanda məktəblərdə tədris olunan Çağırışaqədərki hazırlıq fənnində xüsusən də oğlanlar üçün hərbi silah-sursatla təmas, xüsusi silahlarla davranış qaydaları tədris olunardı:
“44 günlük müharibədən sonra Qarabağ tarixi fənni tədris olunmağa başlasa da dərs vəsaitləri tam olaraq təkmilləşməyib. Ümid edirik ki, yaxın vaxtlarda Elm və Təhsil Nazirliyi Nazirlər Kabinetinə bu məsələ ilə bağlı müraicət edər və tədrisin davamiyyətinə hərb sahəsi ilə bağlı bir neçə dəyişikliklər əlavə olunar ”.
Sifayə Abbas
74