24 sen
150 - yə yaxın şagird inklüziv təhsilə cəlb edilib
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. “İnklüziv təhsil” layihəsi həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. 2023-2024-cü tədris ilində 18 ümumi təhsil müəssisəsində (246, 220, 252 nömrəli məktəb-liseylər, 39, 84, 138, 202, 265, 300, 214, 25, 27, 177, 36, 163, 19, 181, 96 nömrəli tam orta məktəblər) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda paytaxt üzrə ümumilikdə 18 təhsil müəssisəsində 150-yə yaxın sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb edilib.
AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Qeyd edilib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində müsbət nəticələr əldə olunub.
Xatırladaq ki, paytaxt üzrə 2015-2016-cı tədris ilində 2, 2016-2017-ci tədris ilində 4, 2021-2022-ci tədris ilində 5, 2022-2023-cü tədris ilində isə 9 ümumi təhsil müəssisəsində inklüziv təhsil sinifləri təşkil olunub.
94