22 sen
Rusiyada 24 azərbaycanlı tələbə əlaçı təqaüdünə layiq görüldü
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsinin qalibləri açıqlanıb.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu il 24 azərbaycanlı tələbə müsabiqədə qalib gəlib.
Müsabiqə çərçivəsində Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil alan əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.
Təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan bu müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bugünədək 434 tələbəni əhatə edib.
Xatırladaq ki, AMOR Rusiya Federasiyasında yaşayan azərbaycanlı gənclərin vahid təşkilatda birləşməsi, onların sosial sahədə, yaradıcılıq və təhsil istiqamətlərində təşəbbüslərinin dəstəklənməsi məqsədilə 2009-cu ildə Leyla Əliyevanın təşəbbüsü ilə yaradılıb.
108