blog
22 sen

Azərbaycanda ilk dəfə EKO Səfir Qızlar proqramına qəbul başlayır

Azərbaycanın regionlarında qeyri-formal təhsil metodu vasitəsilə qızların ekoloji mövzuda maarifləndirilməsinə dəstək verən EKO Səfir Qızlar proqramına start verilib.

 

AzEdu.az xəbər verir ki, proqram müxtəlif ekoloji maarifləndirmə (iqlim dəyişikliyi, təkrar emal, alternativ enerji mənbələri, tullantıların idarə olunması, ağacların əkilməsi və s.) mövzuları əhatə etməklə yanaşı, qızları ruhlandırmaq və onları gələcəkləri üçün müxtəlif peşələr seçməyə həvəsləndirməyə yönəlib.

 

EKO Səfir Qızlar proqramı iştirakçıların ekoloji biliklərini artırmaqla yanaşı, onlara öz icmalarında ətraf mühit üzrə səfir olmaq və dayanıqlı inkişafa nail olmaq üçün fəaliyyət göstərmək imkanı verəcək. Bundan əlavə, proqram müddətində qızlara gələcək fəaliyyətlərində dəstək vermək və yerli icmalarla işləyərkən onlara kouçinq etmək, müvafiq biliklər ötürmək üçün 10 nəfər mentor fəaliyyət göstərəcək.

 

6 ayı əhatə edəcək proqram müddətində maarifləndirmənin təşviq etdirilməsi üçün Azərbaycanın 5 regionundan (Quba, Qusar, Bərdə, Ağdam və Mingəçevir) olan 15-18 yaş arası 50 gənc qıza icmanın ətraf mühit səfirləri kimi təlimlər keçiriləcək, onlar sosial layihə idarəçiliyinə hazırlanacaqdır. Paralel olaraq, regionlardan 10 nəfər gənclər sahəsi üzrə əməkdaş və müəllimlərdən ibarət qrup mentor kimi hazırlanacaqdır.

 

 

EKO Səfir Qızlar proqramı ABŞ Dövlət Departamentinin Mübadilə proqramının Azərbaycandan olan məzun qızları tərəfindən ərsəyə gəlib, ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən dəstəklənir və Resource HUB-ın təşkilati dəstəyi ilə həyata keçirilir. Sevindirici haldır ki, proqram ABŞ Dövlət Departamentinin Proqram Məzunlarının İştirakçılığı İnnovasiya Fondunun (Alumni Engagement Innovation Fund – AEIF) 2023-cü il beynəlxalq müsabiqəsinin təqaüdçüsü olub.

 

 

EKO Səfir Qızlar proqramı iştirakçıları üçün qeydiyyat linki: https://forms.gle/3vqHrYNsaJYYyE1S7
58

PAYLAŞ