WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
21 sen

Bağçalara işə qəbulun vaxtı ilə bağlı rəsmi AÇIQLAMA

Saytımıza ən çox daxil olan suallardan biri də məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin növbəti işə qəbul imtahanlarının nə vaxt keçiriləcəyi ilə bağlıdır.

 

AzEdu.az olaraq məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin nə zaman keçiriləcəyi barədə hələ ki, məlumat yoxdur:

 

"Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə barədə məlumat olduqda əvvəlcədən ictimaiyyətə bildiriləcəkdir" - deyə əlavə olunub.

 

Xatırladaq ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid isə 20 sual təqdim edilir.

 

Test tapşırıqlarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulur. Bu mərhələdə hər sual üzrə 1 bal olmaqla, ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərir. 1 səhv cavablandırılmış sual - 0,25 bal şəklində hesablanır.

 

Qeyd edək ki, müsahibə mərhələsinin nəticələri də ümumi bala təsir göstərir.
74

PAYLAŞ