WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
21 sen

UNEC Xanım Tədqiqatçılar Şurasının üzvləri müzakirələr aparıblar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Xanım Tədqiqatçılar Şurasının rəhbəri Nərgiz Hacıyeva Azərbaycanla yanaşı, Macarıstan, Rumıniya, Polşa, Latviya, Türkiyə və Gürcüstanın ali təhsil müəssisələrindən olan tədqiqatçı xanımlarla onlayn görüş keçirib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə Nərgiz Hacıyeva Xanım Tədqiqatçılar Şurasının missiyası, beynəlxalq və yerli konfranslar, UNEC-də beynəlxalq indeksli jurnallarda dərc olunan elmi məqaləyə görə ödənilən qonorar, birgə elmi tədbirlərin təşkili və elmi məqalələrdə həmmüəlliflik qaydaları barədə mərkəzin üzvləri üçün geniş təqdimatla çıxış edib.

 

Sonra xanım tədqiqatçılar öz tədqiqat sahələri barədə məlumat verib, maraqlı və səmərəli elmi müzakirələr aparıblar.
105

PAYLAŞ