WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
21 sen

AzTU-nun rektoru türkiyəli tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb.

 

AzEdu.az-ın xəbərinə görə , rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar. Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Ankara Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına qəbul olunan tələbələr kompüter mühəndisliyi, Gazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramına qəbul olunan tələbələr isə elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alacaqlar.
61

PAYLAŞ