20 sen
Elm və təhsil naziri Birləşmiş Krallığın ölkəmizdəki səfiri ilə görüşüb
Sentyabrın 20-də elm və təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.
Azedu.az xəbər verir ki, görüşdə təhsil sahəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü tədris ili üzrə təqaüd qazanmış Azərbaycan vətəndaşlarının təhsil üçün Böyük Britaniyanın ali təhsil müəssisələrinə üstünlük vermələri xüsusi vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
70