blog
20 sen

UNEC-in əməkdaşları “Heydər Əliyev zirvəsi”ndə

UNEC-in Tədqiqat Fondunun mütəxəssisi Şəbnəm İsgəndərli və Türk Dünyası İqtisad fakültəsinin 2006-cı il məzunu, Tufan Dağçılıq Klubunun təsisçisi Toğrul Cəfərov “Heydər Əliyev zirvəsi”nə yürüş ediblər.

 

AzEdu.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təşkil olunan yürüşdə UNEC-in əməkdaşı və tələbəsi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, dəniz səviyyəsindən 3751 yüksəklikdə yerləşən zirvəni fəth etdikdən sonra, Qızıl Qaya silsiləsində dəniz səviyyəsindən 3756 m yüksəklikdə yerləşən Atatürk zirvəsinə doğru yürüş edərək ,qələbə əldə ediblər.

 

Çətin relyef və hava şəraitindən keçərək, “Heydər Əliyev Zirvəsi”ndə ulu öndərin xatirəsini ehtiramla yad ediblər. UNEC kollektivi ulu öndərin barelyefinin qarşısında UNEC-in bayrağını dalğalandırıblar.
59

PAYLAŞ