20 sen
Məktəbli formasına görə şagirdlərin tədrisinə maneə yaradıla bilməz - RƏSMİ
Məktəbli formasına görə şagirdlərin tədrisə cəlb edilməsinə maneə yaradıla bilməz.
AzEdu.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.
“Heç bir halda şagirdlərin tədrisə cəlb edilməsinə maneə yaradıla bilməz. Məktəbli forması geyinən şagirdlərlə bağlı yerlərdən məlumatlar toplanılır. Proses yekunlaşmayıb”, - deyə nazirliyin cavabında bildirilib.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq edilir. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq bununla bağlı müvafiq qərar qəbul edib. Valideynlər övladlarının təhsil aldığı məktəb vasitəsilə bu barədə ətraflı məlumatlandırılıb.
Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.
142