WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
20 sen

DİM - in sədri Filiz Demiröz ilə görüşüb

13 sentyabr 2023-cü il tarixində Azərbaycanda səfərdə olan ACCA-in (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) Türkiyə Regional Mərkəzinin nümayəndələri ilə DİM-də görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib. 

 

Görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədrin müşaviri Məhəbbət Əkbərov, daxili auditor Elmar Abasov, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Beynəlxalq layihələrlə iş sektorunun müdiri Ayşən Atakişiyeva, Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorun böyük məsləhətçisi Faiq Abdullayev və ACCA-in Türkiyə Regional Mərkəzinin rəhbəri Filiz Demiröz, Bazarın inkişafı üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak ediblər.

 

Görüşdə tərəflər peşəkar mühasib sertifikatı (PMS) imtahanlarının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, müvafiq sahədə hazırki vəziyyət və nəzərdə tutulan dəyişikliklər, gələcək əməkdaşlıq perspektivləri kimi məsələləri müzakirə ediblər.

 

Xatırladaq ki, DİM ilə ACCA 1 sentyabr 2021-ci il tarixində Anlaşma memorandumu imzalayaraq rəsmi əməkdaşlığa başlayıblar. Qurumlar arasındakı əməkdaşlıq peşəkar səriştə, bacarıq və texniki biliklər sahəsində öyrənmə və inkişaf imkanlarının araşdırılması, ACCA kvalifikasiyaları və sertifikatları haqqında məlumatlılığın artırılması və tanıdılması üçün qarşılıqlı fəaliyyət və tədbirlərin həyata keçirilməsi, mühasibatlıq və maliyyə sahəsində uğurlu karyera qurmaq üçün tələbələrin təlim və inkişafını dəstəkləmək məqsədilə birgə proqramların təşkil edilməsi də daxil olmaqla geniş əhatə dairəsinə malikdir.
74

PAYLAŞ