20 sen
Bu gün xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yekunlaşır
Sabah “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbulu yekunlaşır.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Proqramına nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat haqqında məlumatı nazirliyin saytından əldə etmək mümkündür.
Əlavə sual yarandığı zaman [email protected] elektron poçtuna müraciət ünvanlamaq olar.
71