WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
19 sen

Niyə keçid balı aşağı düşüb? - DİM sözçüsü aydınlıq gətirdi

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə bu il ali məktəblərə keçid balının aşağı düşmə səbəblərinə münasibət bildirib.

 

 

AzEdu.az xəbərinə görə DİM-in Mətbuatla iş şöbəsinin müdiri X.Xanlarzadə bildirib ki, ali təhsil müəssisələrinə keçid balını Dövlət İmtahan Mərkəzi müəyyən etmir:

 

 

“Neçə illərdi biz bu məsələni bütün verlişlərdə, çıxışlarda və yazılarda qeyd edirik. Bir var müsabiqə şərti, bir də var keçid balı. Keçid balını müəyyənləşdirən 3 amil var. Bu abituriyentin imtahan nəticəsi, onların ixtisas seçimi və plan yerləridir. Sadaladığım bu 3 amil keçid balını formalaşdırır. Bu müsabiqənin ən sonunda qərarlaşır. Əvvəlcədən heç kim deyə bilməz ki, “keçid balı necə olacaq?”. Burada çox sadə bir alqoritma var. Əgər ali məktəbə qəbul imtahanı verən abituriyentlərin sayı çoxluq təşkil edirsə, keçid balı arta bilər və yaxud aşağıdırsa düşə bilər. Digər bir nüans isə az öncə qeyd etdiyim kimi plan yerləridir. Təbii ki, plan yerlərin çoxluğu keçid balının bir qədər aşağı düşməsinə səbəb olur”.

 

 

Şöbə müdiri mətbuatda rezonan doğuran proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 600-dən 200-ə düşməsinə aydınlıq gətirib:

 

 

“Burada bir yanılma var. Keçid ballarının aşağı düşməsi cəmiyyətdə şişirdilən fonda deyil. Düzdür, müəyyən ixtisaslar var ki, onlarda keçid balı xeyli aşağı düşdü. Məsələn, mətbuatda yayılan Proseslərin avtomatlaşdırılması mühəndisliyi (tədris ingil dilində ) ixtisası 600 baldan 200-ə düşməsi bir qədər dezinformasiya idi. Ötən il bu ixtisasın keçid balı 500-dən çox idi və bu il üçün keçid balı təxmini 343 bal formalaşmışdı. Bu il keçid balının 200-ə aşağı enməsi yalnız ödənişli əsaslarla təhsil alanlar üçündür. Həmin ixtisasın dövlət sifarişli olan yerlərinin balı hələ də yüksəkdir”.
117

PAYLAŞ