WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
18 sen

Bakının işğaldan azad edilməsinin 105-ci ildönümünə həsr olunmuş tədbir...

Paytaxtdakı 123 nömrəli tam orta məktəbdə Bakının işğaldan azad edilməsinin 105-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.


Tədbirdə Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Hulusi Kılıç, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Mərdəkan Bələdiyyəsinin sədri Mirbaba Hüseynov, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Öncə qonaqlar 123 nömrəli tam orta məktəbin həyətində Bakının azad edilməsi uğrunda şəhid olan iki türk əsgərinin məzarını ziyarət ediblər.  

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Mustafayeva 105 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsi barədə ətraflı məlumat verib.

 

"İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri Hulusi Kılıç 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsini türk xalqlarının milli qurtuluş hərəkatında şanlı bir mərhələ olduğunu söyləyib. Bildirib ki, həmin gün qazanılmış zəfər əsil hürriyyətə aparan yol, milli tariximizin şanlı bir səhifəsi idi.

 

Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin inkişafından danışıb. Bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi ölkələrimizin tarixinə yazılan ən önəmli səhifələrdəndir. 

 

Mərasim şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
66

PAYLAŞ