blog
18 sen

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunun əsas spikeri

Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumunun əsas spikerlərdən biri İƏİT-in baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, təhsil və bacarıqlar üzrə direktoru, PISA-nın (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramı) yaradıcısı dünya şöhrətli Andreas Şleyxerdir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutundan məlumat verilib. 

 

Andreas Şleyxer real dünyanın təhsildən tələbləri mövzusunda təqdimatla çıxış edəcək.

Cənab Şleyxer təhsildə keyfiyyəti və bərabərliyi təkmilləşdirmək üçün iyirmi ildən artıqdır ki, dünya üzrə təhsil nazirləri və liderləri ilə birlikdə işləyir.

Xatırladaq ki, forumda yalnız onlayn iştirak mümkündür. İştirak ödənişsizdir. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz:

https://forms.gle/eXDG5VCrUz9tATST6
60

PAYLAŞ