blog
16 sen

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanı keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında keçiriləcək imtahan saat 10:00-da başlanacaq. Namizədlər saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

Qeyd edək ki, imtahana qeydiyyat avqustun 17-dən sentyabrın 14-dək aparılıb və bu müddət ərzində 90 namizəd qeydiyyatdan keçib.
69

PAYLAŞ