WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
14 sen

Dövlət proqramları ilə təhsil alacaq məzunlarla MÜZAKİRƏ

Sentyabrın 13-də “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023–2024-cü tədris ilində dünyanın nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış proqram iştirakçıları, eyni zamanda, "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın bir qrup məzununun iştirakı ilə görüş keçirilib. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və digər qonaqlar iştirak ediblər. 

 

Tədbir “2007–2015 Dövlət Proqramı” məzunu Türkər Qasımzadənin təsis etdiyi “Cadenza” orkestri tərəfindən milli və klassik musiqi əsərlərinin ifası ilə başlayıb.

 

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev gənclərin xaricdə təhsil imkanları və perspektivləri barədə danışıb, dünyanın nüfuzlu universitetlərində oxumaq şansı qazananları təbrik edərək onlara uğurlar arzulayıb.

 

Çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov gəncləri təbrik edib və tövsiyələrini çatdırıb.

 

Daha sonra Azərbaycan Respublikasının Əməkdar artisti, “2007–2015 Dövlət Proqramı” məzunu, skripkaçı Ceyla Seyidovanın ifası dinlənilib.

   

Qeyd edək ki, 2023–2024-cü tədris ili üzrə “2022–2026 Dövlət Proqramı” çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 49 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb.
84

PAYLAŞ