WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
14 sen

DİM : GRE imtahanın müddəti azaldılıb

Əvvəlcədən məlumat verildiyi kimi, ETS (Educational Testing Service) tərəfindən təşkil olunan GRE imtahanlarında 22 sentyabr 2023-cü il tarixindən etibarən yeniliklər tətbiq olunacaq.

 

AzEdu.az xəbər verir ki, yeni dəyişikliklərdən sonra imtahan müddəti 2 saatdır.

 

Qeyd olunan tarixdən etibarən imtahan verən namizədlər GRE imtahanı üçün rəsmi hazırlıq resursları və yeni, sadələşdirilmiş imtahan üçün nəzərdə tutulmuş praktik testlərlə buradan tanış ola bilərlər.

 

 

Xatırladaq ki, tapşırıqların sayı azaldılsa da, imtahanın ümumi strukturu və məzmunu dəyişməyib.

 

22 sentyabr tarixindən etibarən tətbiq olunacaq yeni imtahan modeli aşağıdakı kimi olacaq:

 

Bölmə

    Struktur

İştirakçıya verilən müddət

Analitik yazı

  1 bölmə - 1 məsələ tapşırığı

     30 dəqiqə

Riyazi məntiq

   2 bölmə - 27 sual

     47 dəqiqə

Verbal məntiq

  2 bölmə - 27 sual

     41 dəqiqə

Ümumi

 

     1 saat 58 dəqiqə

İmtahan vaxtının qısaldılması nəticəsində:

 

Magistratura və peşəkar ixtisasartırma proqramlarına qəbul olmaq üçün ümumi bacarıqları ölçən GMAT®, GMAT Focus və LSAT® ilə müqayisədə GRE Ümumi Testi ən qısamüddətli imtahan olacaq;
Riyazi və verbal məntiqə aid sualların sayı azaldılacaq;
Namizədlər cari versiyada cəmi 1 analitik yazı tapşırığı edəcəklər;
Fasilə ləğv ediləcək. 
 

Hər üç imtahan bölməsi üzrə qiymətləndirmə prosesi və bal şkalası eyni qalacaq. Namizədlər GRE Ümumi Testini hər 21 gündə bir dəfə olmaqla 12 aylıq dövr ərzində beş dəfəyə qədər verə bilərlər.

 

İmtahan nəticələrinin elan edilməsi:

 

İmtahanda iştirak edən namizədlər testin rəsmi nəticəsini daha tez – 8-10 iş günü ərzində əldə edə biləcəklər.

 

İmtahana qeydiyyat:

GRE Ümumi Testi haqqında yeniliklər barədə daha ətraflı məlumat əldə etmək üçün https://www.ets.org/gre/test-takers/general-test/enhancements.html saytına, DİM-də keçiriləcək imtahan tarixləri ilə tanış olmaq üçün isə verilmiş keçidə daxil ola bilərsiniz.
123

PAYLAŞ