WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
13 sen

Tələbə Təhsil Krediti Fondundan məlumatı olmayanlar çoxdur

Ölkə başçısının 2021-ci il 17 iyun tarixli fərmanı ilə Təhsil Tələbə Krediti Fondu yaradıldı. Fond təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələrə yardım üçün nəzərdə tutulub.

 

 700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ancaq ödənişli ixtisasda təhsil alan bəzi tələbələrin sözügedən Fonddan məlumatı yoxdur. Bu barədə təhsil eksperti Adil Vəliyev öz sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə təhsil haqqını ödəməkdə çətinlik çəkən insanlar Fonda müraciət etməkdənsə, yardım kampaniyaları təşkil edir:

 

“Bu aralar hansısa tələbə üçün "təhsil haqqı" toplama kampaniyaları qarşıma çıxır. Əziz dostlar, Təhsil Tələbə Krediti Fondu bu işi öhdəsinə götürüb. Sizin isə sadəcə yönləndirməyiniz kifayət edər”.

 

 

Məsələ barədə AzEdu.az-a geniş açıqlama verən A.Vəliyev bildirib ki, bunu sosial şəbəkə hesabından yayımlamağının səbəbi Təhsil Tələbə Krediti Fondunun varlığını daha çox auditoriyaya çatdırmaq idi:

 

 

“Təssüf ki, hələ də Tələbə Təhsil Krediti Fondu haqqında məlumatı olmayan çox adam var. Mən bunu ixtisas seçimi zamanı daha aydın müşahidə etdim. Çalışırdım ki, lazım olan insanlara bu haqda məlumat verim. Azərbaycan xalqı çox mərhəmətli və xeyirsevər olduğu üçün təhsil haqqını ödəməkdə çətinlik çəkən birini gördükləri zaman ona yardım etməyə çalışırlar. Ancaq bundan istifadə etməyə cəhd edənlər də olur.

Düşünürəm ki, yardım etmək istəyənlərin də, yardım istəyənlərin də sözügedən Fonddan xəbəri yoxdur. Əgər yardım etmək istəyirlərsə, yenə də həmin tələbələrə dəstək verə bilərlər. Ancaq bunu müəyyən təqaüd formasında etsələr, daha yaxşı olar”.
82

PAYLAŞ