13 sen
Ehtiyat dərsliklərin hazırlanmasına dair metodik vəsait çap olunub
Təhsil İnstitutunun “Ehtiyat dərsliklərin hazırlanmasının ümumpedaqoji məsələləri” adlı metodik vəsaiti çap olunub.
İnstitutdan AzEdu.az-a bildirilib ki, metodik tövsiyədə ehtiyat dərslik anlayışının mahiyyətinə aydınlıq gətirilir, problem baxımından elmi-metodik ədəbiyyat, ehtiyat dərsliklərin struktur və məzmun məsələləri təhlil edilir. Vəsaitdə ehtiyat dərsliklərin pedaqoji-psixoloji xüsusiyyətləri də verilib və bu dərsliklərin hazırlanması, təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli sürülüb.
Metodik tövsiyə təhsil mütəxəssisləri, tədqiqatçılar və müəllimlər üçün nəzərdə tutulub.
219