12 sen
Dağlıq Şirvan RTİ üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Sentyabrın 12-də Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərində yerləşən abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransda elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək ölkəmizdə həyata keçirilən təhsil siyasəti, bu sahədə müasir infrastruktur və maddi-texniki bazanın, kadr potensialının gücləndirilməsi məsələlərinə toxunub.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz növbəsində təhsil işçilərinə uğurlar arzulayıb.
2022–2023-cü tədris ilinin yekunlarına dair hesabat çıxışı edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Rövşən Əliyev görülmüş işlər və yeni dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbir bədii hissə ilə başa çatıb.
249