12 sen
ADNSU tələbələri mükafatlandırılıblar
“Turan Drilling & Engineering” şirkətində yay təcrübəsi və təqaüd proqramını uğurla başa vuran Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 nəfər III və IV kurs tələbələri mükafatlandırılıb.
Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.
Yay təcrübə və təqaüd proqramında ADNSU-nun “SABAH” qruplarından 8 nəfər, İnformasiya texnologiyaları və idarəetmə, Qaz-neft mədən fakültələrindən isə 2 nəfər iştirak edib. Təcrübə zamanı tələbələr nəzəri biliklərini sınaqdan keçirməklə ixtisaslarının incəliklərini daha yaxından öyrənmək imkanı qazanıblar.
Mükafatlandırma mərasimində “Turan Drilling & Engineering” şirkətinin baş direktoru Edvard Vheler bacarıqlı və savadlı tələbələr yetişdirdiyi üçün ADNSU-nun rəhbərliyinə təşəkkürünü bildirib, əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.
Təcrübə keçən tələbələr iki aylıq hesabatlarını təqdim ediblər.
Uğurlu təcrübə keçən tələbələr təltifnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
438