08 sen
Valideynlərə çağırış: “Övladlarınızı təhsildən yayındıran bahalı telefonlardır”
“Bəzi valideynlər 1000-5000 manat aralığında müasir ağıllı telefonları alıb övladlarına verərək, sabah da onlardan yaxşı təhsil göstəriciləri tələb edirlər”.
AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndiyev öz Feysbuk profilində yazıb. Ekspert insanların bir-birinin maddi varlıqları ilə deyil, təhsil səviyyələrinə ilə rəqabət aparmalarını tövsiyə edir və valideynlərə bu şəkildə səslənir:
“Əziz valideynlər, düzgün etmirsiniz. Sizin övladlarınızı təhsildən yayındıran başlıca maneə elə məhz onlara aldığınız o bahalı telefonlardı. Rəqabət, bəhsə-bəhs aksesuarlarla, telefonlarla, avtomobillərlə olmaz. Əgər ətrafla sağlam rəqabət aparırsınızsa o zaman övladınızın daha yaxşı təhsilə yiyələnməsi üzrə rəqabət aparın. Qonşunun qızı “İphone” işlədib, kollecdə oxuyursa, sizin övladınız ali məktəbi qazansın, daha qonşunun qızının telefonundan alıb, onunla bu formada bəhsə girməyin!”.
258