blog
07 sen

Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat...

2023–2024-cü tədris ilində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir.

 

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

 

Sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

 

Dərnək və qrupların fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı buradan əldə etmək mümkündür: məktəbdənkənar təhsil müəssisələri

 

Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya, intellekt istiqamətləri üzrə dərnəklərin, həmçinin uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.
82

PAYLAŞ