blog
07 sen

UNEC-də müəllimlər üçün təlimlər keçirilir

“Ekonometrika” fənnini tədris edən müəllimlərin təcrübə mübadiləsini təmin etmək və tədrisin keyfiyyətini artırmaq məqsədilə UNEC-də təlimlər təşkil olunacaq.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, təlim proqramı 42 saat olmaqla, 8-31 sentyabr tarixlərini əhatə edəcək.

 

Təlimdə digər universitetlərin əməkdaşları da iştirak edə bilərlər.

 

Proqram üzrə təlimçilər:

 

Prof.Yadulla Həsənli – UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru;                

 

Xətai Alıyev – “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müdiri.

 

Təlimdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://forms.gle/WCtesBYDTuG11tLA7

Əlaqə: 050 729 19 15
77

PAYLAŞ