07 sen
Nazir : “Yalançı diplomlara ehtiyacımız yoxdur”
“Bizim yalançı diplomlara ehtiyacımız yoxdur”.
AzEdu.az bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev universitetlərin keyfiyyət akkreditasiyasının vacibliyindən danışarkən vurğulayıb.
Nazir qeyd edib ki, artıq proqram akkreditasiyası da həyata keçiriləcək:
“Müəllimləri biz işə götürdüyümüz üçün müşahidə edirik ki, elə ali təhsil müəssisələri var ki, onların verdiyi diplomla MİQ imtahanında iştirak edən məzunların heç biri minimal balı yığa bilmir. Bu bizim üçün sual doğurur. Əgər bu insan heç nə bilmirsə, ona diplom necə verilib?”.
Cənab nazir keyfiyyət məsələləri ilə bağlı tədbirlərin sayının artacağını da xüsusi qeyd edib:
“Nazirlik olaraq yeni yaranacaq Elm və Ali Təhsil Agentliyinin fəaliyyəti, o cümlədən Təhsildə Keyfiyyət Təminat Agentliyi (TKTA) ilə birgə təhsildə keyfiyyət məsələləri ilə bağlı tədbirlərin sayı artacaq. Harada keyfiyyətin aşağı olduğu müşahidə olunsa, bununla bağlı tədbirlər həyata keçiriləcək”.
88