06 sen
Turizm və İT ixtisasları üzrə tədris ili azaldıla bilər
"Bəzi ixtisaslar üzrə tədris ilinin azaldılmasıyla bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparırıq".
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Nazir diqqətə çatdırıb ki, təhsil ilinin azaldılması əsasən, turizm və İT ixtisasları üçün nəzərdə tutulur:
"Hazırda bu barədə ali məktəblərlə müzakirələr aparılır. Düşünmək lazımdır ki, bu onları maliyyə vəziyyətinə də təsir edəcək. Hesab edirəm ki, növbəti illərdə sözügedən məsələnin icrasına başlanılacaq".
127