06 sen
“İl ərzində 50 bağça müdiri işdən azad edilib” – Emin Əmrullayev
“Növbəti tədris ilində məktəbəqədər təhsilə 220 min uşağın cəlb olunması gözlənilir”.
AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
Nazir qeyd edib ki, 2026-cı ilə qədər 17 min pedaqoji heyətin təlimlərə cəlb olunması və sertifikatlaşdırılması nəzərdə tutulub:
“Məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir vəzifələrinə işə qəbul bu il ilk dəfə müsabiqə yolu ilə aparılır. Son 1 il ərzində tərbiyəçi vəzifəsinə müsabiqə yolu ilə 241 nəfər işə götürülüb. İl ərzində 50 nəfər bağça müdiri işdən azad edilib”.
Əlavə olaraq bildirilib ki, icma əsaslı qrupların sayının artırılması və yeni alternativ modellərin tətbiqi planlaşdırılır.
125