06 sen
DİM-də TOEFL iBT imtahanı keçirilib
İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib
AzEdu.az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
2023-cü il sentyabrın 6-da Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib. İmtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
İmtahanda 1 əcnəbi olmaqla, ümumilikdə 20 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının 16 sentyabr 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür:
http://dim.gov.az/activities/exams/toefl/
91