06 sen
BMU əməkdaşının dərs vəsaiti nəşr olunub
Bakı Mühəndislik Universiteti (BMU) İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat kafedrasının baş müəllimi, i.ü.f.d. Ceyhun Vəliyevin “İstehsalın iqtisadiyyatı və menecmenti” adlı dərs vəsaiti nəşr olunub.
AzEdu.az xəbər verir ki, dərs vəsaiti bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr üçün “İstehsalın iqtisadiyyatı və menecmenti proqramı” əsasında hazırlanıb.
VI fəsildən ibarət kitabda istehsalın iqtisadiyyatda rolu və istehsal prosesi haqqında önəmli məlumatlar yer alıb.
Belə ki, aydın və yığcam yazı üslubu, praktiki nümunələri ilə birlikdə tələbələr üçün ideal dərslik və istehsalatda çalışanlar üçün dəyərli mənbə rolunu oynayacaq kitab, həmçinin istehsal prosesini, onların real vəziyyətlərdə tətbiqini tənzimləyən fundamental prinsipləri başa düşmək istəyən hər kəs üçün vacib nəşrdir.
Dərs vəsaitindən menecment iqtisadiyyatı, sənaye iqtisadiyyatı və mühəndis iqtisadiyyatı fənlərinin tədrisində də istifadə etmək olar.
149