WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
06 sen

Fənnini bilməyən müəllimlər gedəcəklər – Sertifikasiya “ələyir”

Xəbər verdiyimiz kimi, təkrar sertifikatlaşdırmadan minimum keçid balını toplaya bilməyən ibtidai sinif müəllimlərinin əmək müqavilələrinə xitam verilib.

 

 

Bəziləri bu prosesi ədalətsizlik kimi qiymətləndirsə də, bir çoxları düşünür ki, təhsil ocaqlarında öz fənnini bilməyən bütün müəllimlər kənarlaşdırılmalıdır.

 

Sertifikasiya nəticəsində işdən çıxarılan müəllimlər onlara yenidən güzəştlərin olunması ilə bağlı müraicətlər edirlər.

 

Bəs həmin müəllimlərə yenidən şans verilməlidirmi?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rafiq İsmayılov bildirib ki, 743 müəllimə yetirincə güzəşt edilib:

 

 Dərslər başlamalıdır, onlayn təhsil özünü doğrultmadı"

 

“Düşünürəm ki, təkrar sertifikasiyadan kəsilən 743 müəllimin işdən çıxarılması ilə bağlı qərar çox ədalətlidir. Elm və Təhsil naziri Emin Əmrullayev çıxışlarının birində qeyd edib ki, “Sertifikasiyadan kəsilib, işdən çıxarılan müəllimlərə yazığınız gəlirsə, mənim ən çox həmin müəllimlərin dərs keçdiyi şagirdlərə yazığım gəlir”. Mən şəxsən sertifikasiya prosesində müəllimlərə tədqim edilən suallarla tanış olmuşam. Düşünürəm ki, çox bəsit suallardır. Əgər müəllim sözügedən müsabiqəyə cavab verə bilmirsə, onların işdən çıxarılması çox ədalətli bir qərardır. Həmin təhsilverənlər öz fəaliyyətini davam edə bilməz”.

 

 

Ekspert onu da əlavə edib ki, sertifikasiya yolu ilə öz fənnini bilməyən bütün müəllimlər məktəblərdən uzaqlaşacaq:

 

 

“743 müəllimin məktəblərdə illərdir, dərs deməsi məsələsinə gəldikdə isə bu zamana qədər bir vasitə tapılmayıb ki, onlar məktəblərdən uzaqlaşdırılsın. Amma bir neçə ildir ki, istər müəllimlərin işə qəbulu, istərsə də sertifikasiya müsabiqələri ilə həmin müəllimlərin təhsildən uzaqlaşdırılması prosesinə başlanılıb. Düzdür, bu, cəmiyyətdə birmənalı qarşılanmır. Amma təcrübə göstərir ki, mütləq şəkildə müəllimlər sözügedən müsabiqələrdən keçməlidir. Təhsil ocaqlarında yalnız bilikli və səriştəli müəllimlər dərs deməlidir”.  
116

PAYLAŞ