WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
04 sen

Nazirlik: İşdən çıxarılan müəllimlərin yeri ehtiyat kadrlar hesabına doldurulacaq

Əmək müqaviləsinə xitam verilən müəllimlərin yeri tədris ili başlayana qədər ehtiyat kadrlar hesabına doldurulacaq.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərlə bağlı brifinqdə deyib.

 

 
 
 

O bildirib ki, qısa müddətdə təhsil müəssisələri yerli təhsil idarələri ilə birgə təhsildə davamlılığın təmin edilməsi üçün müvafiq addımlar atacaq:

 

"Bu il müəllimlərin işə qəbulu müsabiqəsindən keçən şəxslər hesabına vakant yerlər bal ardıcıllığına uyğun olaraq doldurulacaq. Həmin şəxslər yeni tədris ilindən etibarən fəaliyyətə başlayacaqlar".
107

PAYLAŞ