WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
04 sen

Azərbaycan “EUROCORR 2023” konqresində təmsil olunub

Elm və Təhsil Nazirliyinin akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları Brüsseldə Avropa Korroziya Federasiyası tərəfindən təşkil olunmuş “EUROCORR-2023” konqresində iştirak ediblər.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, konqresdə Elmi-texniki informasiya şöbəsinin müdiri texnika elmlər doktoru, professor Leylufər Əliyeva və Korroziya inhibitorları və konservasiya materialları laboratoriyasının baş elmi işçisi texnika elmlər doktoru, dosent Nərminə Abdullayeva mövzuya dair təqdimatla çıxış ediblər.

 

Təqdimat konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.
101

PAYLAŞ