04 sen
Məktəblilər Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıblar
28 avqust – 4 sentyabr tarixlərində Macarıstanın Seged şəhərində keçirilən 35-ci Beynəlxalq İnformatika Olimpiadasında məktəblilərimiz uğurla çıxış ediblər. Ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.
AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Olimpiadada Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev, eləcə də Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova həvəsləndirici mükafat qazanıblar.
Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən Beynəlxalq İnformatika Olimpiadasında iştirak edirlər. Hazırkı nailiyyətlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş və 11 bürünc medal əldə edilib.
Məktəblilərimizi təbrik edir, uğurlar arzulayırıq.
140