04 sen
BŞTİ-yə ötən ay 34 mindən çox müraciət daxil olub
Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 34 176 müraciət daxil olub.
Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 22 519 zəng və Vətəndaşların Qəbulu Mərkəzinə 6 554 müraciət daxil olub.
BŞTİ-yə 3 673 sənəd - vətəndaşlar tərəfindən 2 044 ərizə, Elm və Təhsil Nazirliyindən 350, digər qurumlardan 177, tabelikdə olan təhsil müəssisələrindən 474 məktub və 628 kadr ərizəsi daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 430 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.
138