04 sen
Ölkə birincisi ADA-ya qəbul olundu - Rektorla görüşdü
Xəbər verdiyimiz kimi , ali təhsil müəssisələrinə qəbul üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni Bakı şəhər 169 saylı orta məktəbinin məzunu Quliyeva Ləman Sənan qızı əldə edib.
Belə ki, o, 693 bal toplayaraq, ölkə birincisi olub.
AzEdu.az xəbər verir ki, L.Quliyeva əvvəldən arzuladığı ADA universitetində Riyaziyyat ixtisası üzrə təhsil alacaq.
ADA universitetinin rektoru, səfir Hafiz Paşayev Ləman Quliyevanı qəbul edərək, onu təbrik edib, tədris müddətində yeni uğurlar qazanacağına əmin olduğunu bildirib.
149