03 sen
UNEC- də yeni tədris ilinə hazırlıq müzakirə olunub
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Türk Dünyası İqtisad Fakültəsinin (TÜDİFAK) dekanı professor Mehmet Yüce ilə görüşüb.
UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə yeni tədris ilinə hazırlıq vəziyyəti, TÜDİFAK-da müasir dövrün tələblərinə uyğun yeni ixtisasların açılmasının zəruriliyi və s. məsələlər müzakirə edilib. TÜDİFAK-ın fəaliyyətinin artırılması, türk dövlətlərindən tələbələrin və tanınmış türkdilli professorların tədris prosesinə cəlb edilməsi, fakültənin türk dilində ali iqtisad təhsili verən beynəlxalq tədris mərkəzinə çevrilməsi istiqamətində zəruri qərarlar qəbul edilib.
157