WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 sen

"Dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemləri var"

“Təəssüf ki, dilimizin Azərbaycandan kənarda yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemləri var".

TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunun açılış mərasimində çıxışında deyib.

Nazir bildirib ki, bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək:

"Sevindirici haldır ki, artıq 400-dən çox müraciət daxil olub. Düşünürəm ki, bu, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün vacibdir. Cəmiyyətdə belə bir “mif” var ki, tədrisin Azərbaycan dilində aparıldığı məktəblər guya digərlərindən geri qalır. Bu, yanlışdır. Sözügedən “mif”i cəmiyyət olaraq dağıtmaq lazımdır və məlumatlandırma zamanı statistikaya istinad etmək vacibdir. Tədris dilindən asılı olmayaraq, ölkəmizdəki bütün məktəblər Azərbaycan məktəbləridir. Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin ana dilində aparılması bu il bütün məktəblərdə tətbiq olunacaq. Bu, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir".
153

PAYLAŞ