WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 sen

Emin Əmrullayev: Azərbaycanda şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir

Azərbaycanda uşaqların bir çox dillərdə təhsil almaq imkanı var. Lakin ölkədəki şagirdlərin 90 faizi ana dilində təhsil almağı seçir. Bu, olduqca sevindirici haldır.

TehsilForumu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 1-də Azərbaycan Dili və Ədəbiyyatı Forumunun açılış mərasimində çıxışında deyib.

Nazir qeyd edib ki, təhsil sisteminin əsas məqsədi şagirdlərə ana dilində yüksək səviyyədə təhsil verilməsidir. Azərbaycan məktəbləri və universitetlərində son illər ərzində ana dilində tədrisin keyfiyyətinin artırılması istiqamətində bir çox işlər görülüb. Eyni zamanda, digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilində dərslər keçirilir. Bu il həmin dərslərin sayı digər illərə nisbətən artırılıb.

“Təəssüf ki, dilimizin Azərbaycandan kənardan yaşayan daşıyıcılarının təhsili ilə bağlı problemlər var. Bu tədris ilindən etibarən xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək. Sevindirici haldır ki, artıq 400-dən çox müraciət daxil olub. Düşünürəm ki, Bu, Azərbaycandan kənarda yaşayan həmvətənlərimiz üçün vacibdir. Cəmiyyətdə belə bir “mif” var ki, tədrisin Azərbaycan dilində aparıldığı məktəblər guya digərlərindən geri qalır. Bu, yanlışdır. Sözügedən “mif”i cəmiyyət olaraq dağıtmaq lazımdır və məlumatlandırma zamanı statistikaya istinad etmək vacibdir. Tədris dilindən asılı olmayaraq, ölkəmizdəki bütün məktəblər Azərbaycan məktəbləridir. Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin ana dilində aparılması bu il bütün məktəblərdə tətbiq olunacaq. Bu, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir”, - deyə nazir qeyd edib.
146

PAYLAŞ