WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
02 sen

Yazıçı Seyran Səxavət: Azərbaycan dili reanimasiyadadır

"Azərbaycan dili reanimasiyadadır".

 

AzEdu.az xəbər verir ki, bunu "Azərbaycan Dili və Ədəbiyyatı" Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

 

"Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan demək olar ki, yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan isə dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır", - deyə o, bildirib.

 

Yazıçı qeyd edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir:

 

"İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır".
148

PAYLAŞ