02 sen
AzTu-da layihə çərçivəsində görüş keçirilib
“Erasmus+” proqramı üzrə həyata keçirilən “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti menecment görüşü keçirilib.
AzEdu.az xəbər verir ki, bu barədə AzTu-dan məlumat verilib.
Görüş zamanı cari ilin oktyabr ayının əvvəllərində layihənin yerli tərəfdaşı Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı ilə planlaşdırılan konfransın gündəliyi, konsorsium üzvlərinin səfər hazırlıqları, eləcə də layihənin 2-ci paketi və məlumatların geniş ictimaiyyətə çatdırılması üzrə görülən işlər müzakirə edilib. Həmçinin keyfiyyət təminatı indikatorları üzrə 2 tədqiqat mövzusunun işlənilməsi və iş bölgüsü ətrafında fikir mübadiləsi aparılıb.
Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə keçirilən görüş layihənin digər tapşırıqları üzrə qarşılıqlı müzakirələrlə davam etdirilib.
Xatırladaq ki, layihədə Azərbaycandan 3 tərəfdaş universitet və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iştirak edir.
242