WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
06 apr

Nazirlikdən zəhərlənən şagirdlərlə bağlı açıqlama

Elm və Təhsil Nazirliyi Bakıdakı 20 nömrəli məktəb-liseyin aprelin 6-da zəhərlənmiş şagirdləri barədə məlumat yayıb.Nazirliyin mətbuat katibi Cəsarət Valehov açıqlamasında deyib:

"Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində şagirdlərin toyuq ətindən zəhərlənməsi hadisəsi baş vermişdi. Xəstəxanaya yerləşdirilən şagirdlərin hər biri artıq evlərinə buraxılıb, onların vəziyyəti normal olaraq qiymətləndirilir.Bir daha keçmiş olsun deyirik!".

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu hadisə ilə bağlı axşam saatlarında yaydığı məlumatda bildirib:"Aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin qidadan özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım briqadası tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 6 şagirdi müvafiq müayinə və müalicə prosedurundan sonra evə buraxılıb".

Qeyd edək ki,şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

173

PAYLAŞ