WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
01 apr

BDU-da “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiətinin davamlı mühafizəsi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə fakültənin dekanı, professor Afət Məmmədova açaraq, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi, təbiət elmlərinin inkişafı istiqamətində həyata keçirdiyi siyasət barədə məlumat verib. Daha sonra Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova "Heydər Əliyev Azərbaycan təbiətinin hamisidir”, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva "Ulu öndər və davamlı inkişaf", millət vəkili, professor Kamilə Əliyeva "Heydər Əliyev siyasəti və kadr hazırlığı", Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov  “Azərbaycanda xüsusi mühafizə olunan təbiət əraziləri” mövzularında məruzələrlə çıxış ediblər.

Tədbirdə BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun icraçı direktoru, professor Şakir Qasımov, fakültənin professor-müəllim heyəti, tələbə, magistrant və doktorantları da iştirak etmişlər. Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin sonunda qonaqlar tələbə və gənc tədqiqatçıların suallarını cavablandırıblar.


134

PAYLAŞ