blog
31 mar

Buraxılış imtahanlarının cavabları nə vaxt açıqlanacaq?

Bildiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 mart və 12 mart 2023-cü il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahan verən abituriyentləri və valideynləri ən çox maraqlandıran məsələ cavabların nə vaxt açıqlanacağıdır.

"Nəticələr hazır olan kimi elan olunacaq. Dəqiq vaxt demək mümkün deyil", - rəsmi cavabda bildirilib.

Qeyd edək ki, DİM tərəfindən verilən əvvəlki açıqlamada martın 13-dən etibarən imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacağı və imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 1 ay ərzində elan olunması nəzərdə tutulduğu bildirilmişdi.

78

PAYLAŞ