WhatsApp Təklif və şikayətləriniz üçün bizə yaza bilərsiniz
blog
28 mar

Sertifikasiyanın müsahibə mərhələsindəki əsas meyarlar - SİYAHI

Məlum olduğu kimi, sertifikatlaşdırma iki mərhələdən yəni, test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

Test mərhələsində hər sualın düz cavabı 1 bal ilə qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.

Bəs sertifikasiyanın müsahibə mərhələsində hansı meyarlar əsas götürülür?

Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir:

Proqram üzrə mövzunu təqdimetmə bacarığı;

Təhsilalanları qiymətləndirmə bacarığı;

Özünü təqdimetmə bacarığı;

Pedaqoji prosesi təşkiletmə bacarığı;

Ünsiyyət bacarığı.

Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında ölçülür. Müsahibə mərhələsində toplanıla biləcək maksimum 40 (qırx) bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:

 Proqram üzrə mövzunu təqdimetmə bacarığı üzrə toplanılan balların 3 (üç) misli;

Təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə və pedaqoji prosesi təşkiletmə bacarıqlarının hər biri üzrə toplanılan balların 2 (iki) misli;

 

 Ünsiyyət bacarığı üzrə toplanılan balların 1 (bir) misli.

 

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri proqram təminatına daxil edilir. Müsahibənin nəticələri onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində elan edilir və təhsilverənlərin sertifikatlaşdırma üzrə ümumi nəticələri onların “Şəxsi kabinet”inə göndərilir.

186

PAYLAŞ