28 sen
İnformasiya texnologiyaları üzrə Təcrübəçi
Müəssisə: AZ SƏNAYE BANKI ASC
Tələblər:
Ali təhsilli olmalı;
Windows əməliyyat sistemi üzrə dolğun biliklər;
SQL üzrə biliklər; MS SQL işləmə bacarığı üstünlükdür.
Active Directory və Group Policy üzrə anlayışlar;
Şəbəkə cihazlarının iş prinsipləri barəsində məlumatlı olmaq;
Texniki araşdırmalar apara bilmək;
Ünsiyyətqurma və komandada işləmək bacarığı
İş haqqında məlumat:Şöbənin digər əməkdaşlarına dəstək vermək;
İstifadəçinin iş yerində kompüter avadanlığı ilə təmin etmək, yaranmış texniki nasazlıqları aradan qaldırmaq və sazlamaları aparmaq;
İnformasiya sistemləri avadanlıqlarının modernləşdirmə məqsədilə kompüter sahəsi ve kompüterə yaxın texnologiyalarda yeniləmələri təqib etmək;
İstifadəçi tələbi və komputer avadanlığı imkanlarının optimal kombinasiyasını müəyyənləşdirmək və seçimi üzrə təkliflər vermək;
IT avadanlıqların alınması, dəyişdirilməsi və təmiri üzrə təkliflər hazırlamaq;
İş vaxtının norması:
5 günlük iş rejimi;
İstirahət günü: Şənbə və Bazar günü
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Təcrübə proqramı ödənişlidir (Maaşlı);
Nahar şirkət tərəfindən təmin edilir.
İş yeri:
Bakı şəhəri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İT Üzrə Təcrübəçi ” göstərməyiniz xahiş olunur
11